"Qarabağ"ın legioneri qələbədə iştirak etmədi

16:49 - 13 Oktyabr 2018

“Qarabağ”ın hücumçusu Con Delarjın formasını geyindiyi Konqo yığması Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində növbəti matçını keçirib.

 

Sportal.az xəbər verir ki, G qrupunun 3-cü turu çərçivəsində baş tutan qarşılaşmada Konqo yığması Liberiyaya 3:1 hesabı ilə qalib gəlib.

 

Delarj sonadək ehtiyatda qalıb.

 

Konqo yığması 4 xalla qrupda 3-cü pillədə qərarlaşıb.

Xəbər xətti