Kosovonun ulduzu: "Bundan sonra səhv etmək olmaz"

13:19 - 15 Oktyabr 2018

"Bura qələbə üçün gəlmişdik. Amma rəqiblərimizdən bir qədər də uzaqlaşmağa nail ola bilmədik. Buna baxmayaraq liderik, davam etməliyik".

 

Sportal.az xəbər verir ki, bu sözləri Kosovo millisinin yarımmüdafiəçiis Valon Berişa Millətlər Liqasında səfərdə Farer adaları ilə 1-1 hesablı heç-heçə etdikləri oyundan sonra deyib. "Latsio"da çıxış edən futbolçu süni örtükle meydanda oynamağın çətin olduğunu deyib:

 

"Səfər oyunları nisbətən ağır keçir. Üstəlik, süni örtüklü meydanda oynamaq çox qəlizdir. 4 aydan sonra ilk dəfə 90 dəqiqə meydanda oldum. Məqsədimizə çatmaq üçün növbəti ay keçirəcəyimiz oyunlarda diqqətli olmalıyıq. Bundan sonra səhv etmək olmaz. Hər iki oyun bizim üçün həlledici olacaq. Unutmayaq ki, qrupda liderik".

 

Qeyd edək ki, qrupa 8 xalla Kosovo başçılıq edir. Millimizin 6, Farer adalarının 4, Maltanın 2 xalı var.

Xəbər xətti