Millimizə qol vuran futbolçu: "Kosovo qrup lideri olacaq"

15:57 - 15 Oktyabr 2018

"Azərbaycana qarşı son 2 ildə 4 oyun keçirmişik. Rəqibimiz güclü və çətin komandadır".

 

Sportal.az xəbər verir ki, bu sözlər Millətlər Liqasında yığmamızla 1-1 hesablı heç-heçə edən Malta millisinin yarımmüdafiəçisi Rouen Muskat deyib. Oyunda hesabı açan Muskat millimizi Kosovo ilə eyni səviyyədə hesab edib:

 

"Komanda şəklində oynayıb, xal qazandıq. Millidə ilk qoluma imza atmaq sevindirici oldu. Azərbaycanla Kosovo eyni səviyyədədirlər. Ancaq Kosovonun qrupda qalib olacağını düşünürəm".

 

Qeyd edək ki, qrupa 8 xalla Kosovo başçılıq edir. Millimizin 6, Farer adalarının 4, Maltanın 2 xalı var.

Xəbər xətti