Vüqar Nadirovun ardınca həvəskarlar liqasına üz tutanlar

12:12 - 18 Oktyabr 2018

Topaz Premyer Liqasında 8 klubun olması, I Divizionda yeni limitin tətbiqi bəzi azərbaycanlı futbolçuları çətin vəziyyətə saldı.

 

Sportal.az xəbər verir ki, elita və aşağı liqada klub tapmayan bəzi simalar həvəskarlar liqasına üz tutublar. Millimizin və "Qarabağ"ın sabiq futbolçusu Vüqar Nadirov Region Liqasında "Bakı" klubu ilə anlaşdıqdan sonra bir sıra oyunçular da bu çempionatda peyda oldular.

 

Hazırda Region Liqasında Vüqar Nadirov, Cəmşid Məhərrəmov, Ruslan Poladov, Kamran Abdullazadə, Tərlan Qasımzadə, Tural Cəlilov, Ruslan Tağızadə, Ceyhun Cavadov, Qeyrət Əliyev, Kamil Hüseynov, Mikayıl Rəhimov, Sabir Allahquliyev və Hüseyn Axundov kimi futbolçular çıxış edirlər.

Xəbər xətti