Venger "Bavariya" yolunda

11:56 - 19 Oktyabr 2018

"Bavariya"nın mövsümə uğursuz başlaması rəhbərliyi addım atmağa məcbur edir.

 

Sportal.az xəbər verir ki, klubun idarə heyəti bu gün mətbuat konfransı təşkil edəcək. "Bild"in məlumatına görə, komandanın baş məşqçisi Niko Kovaç vəzifəsindən uzaqlaşdırılacaq. Onun əvəzinə isə 68 yaşlı Arsen Venger təyin ediləcək.

 

Qeyd edək ki, Venger 1996-2018-ci illərdə "Arsenal"ı çalışdırıb. Fransız mütəxəssis məşqçi karyerasını başa vurmadığını açıqlamışdı.

Xəbər xətti