Millimizin oyunlarının vaxtı açıqlandı

22:57 - 20 Oktyabr 2018

17 yaşadək futbolçulardan arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisinin də yer aldığı 7-ci qrupun oyunlarının başlama saatı açıqlanıb.

 

Sportal.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Albaniyada təşkil ediləcək qrupun ilk oyunları oktyabrın 23-də keçiriləcək.

 

Ramin Quliyevin başçılıq etdiyi Azərbaycan millisi qrupdakı ilk oyununda Norveç, ardınca Çexiya, son turda Albaniya ilə qarşılaşacaq.

 

Avropa çempionatı, seçmə mərhələ (U-17)

7-ci qrup

 

1-ci tur, 23 oktyabr

14:00. Azərbaycan - Norveç

Luşnya. Roza Haciu stadionu

 

2-ci tur, 26 oktyabr

14.00. Azərbaycan - Çexiya

Luşnya. Roza Haciu stadionu

 

3-cü tur, 29 oktyabr

17:00. Albaniya - Azərbaycan

Elbasan. “Elbasan Arena”

Xəbər xətti