"El-Klasiko"nun Azərbaycan derbisinə təsiri

15:24 - 22 Oktyabr 2018

Topaz Premyer Liqasında IX turun oyunlarının vaxtı müəyyənləşib. 

 

Sportal.az xəbər verir ki, oktyabrın 27-i, saat 16:00-da "Sumqayıt" - "Qəbələ" matçı ilə tura start veriləcək. Saat 18:00-da isə "Sabah" "Zirə"ni qəbul edəcək.

 

Bir gün spnra turun ilk görüşündə saat 15:00-da "Səbail" və "Keşlə" üz-üzə gələcək. Tura "Neftçi" - "Qarabağ" matçı ilə yekun vurulacaq. Azərbaycan derbisi saat 17:00-da start götürəcək. Bu görüşün erkən keçirilməsi İspaniya La Liqasının 10-cu turunda "Barselona" - "Real" matçının saat 19:15-də "CBC Sport"dan canlı yayımlanması ilə bağlı olub.

Xəbər xətti