"Qəbələ" Moldovaya yollandı

“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası Moldovaya yollanıb.

 

Sportal.az xəbər verir ki, UEFA Gənclər Liqasında mübarizə aparan “qırmızı-qaralar” Çempionlar yolunun 1-ci mərhələsinin oktyabrın 24-də keçiriləcək “Şerif”lə cavab oyunundan iki gün öncə Tiraspola çatıb.

 

Emin İmaməliyevin baş məşqçisi olduğu komanda qarşılaşmadan bir gün əvvəl oyunöncəsi son məşqini gerçəkləşdirəcək. Hazırlıq prosesi matçın keçiriləcəyi “Şerif” stadionunun kiçik arenasında baş tutacaq. “Qəbələ”nin məşqi Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

 

Xatırladaq ki, oktyabrın 24-də keçiriləcək “Şerif” – “Qəbələ” matçı saat 16:00-da start götürəcək. Komandalar arasında ayın 3-də Qəbələdə keçirilən görüş 1:1 hesabı ilə başa çatıb.

 

UEFA Gənclər Liqası
Çempionlar yolu
1-ci mərhələ, cavab oyunu

 

16:00. “Şerif” (Moldova) - “Qəbələ” (Azərbaycan)
Hakimlər
: Timofeos Kristofi, Giorgos Savva, Andreas Mixailidis (hamısı Kipr), İon Orlik (Moldova).
Tiraspol. “Şerif” stadionunun kiçik arenası.
İlk oyun – 1:1.

Tarix: 23 Oktyabr [00:26]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
14 Noyabr 2018
13  Noyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio