"Qarabağ" - "Vorskla": nə qədər bilet satılıb?

Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda keçiriləcək “Qarabağ” – “Vorskla” oyununa bilet satışı davam edir.

 

Sportal.az xəbər verir ki, qarşılaşmaya 16 min bilet satılıb.

 

Biletləri həm Qarabağ FK Fan-şop (Park Bulvar), Sumqayıt şəhəri (ASAN Xidmət), 28 Mall, Gənclik Mall, həm də onlayn olaraq iTicket.az saytından almaq mümkündür. Biletlərin qiymətləri müvafiq sektorlara görə 2, 4, 8, 10 və 50 (VİP) AZN arasında dəyişir.

 

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Vorskla” matçı 20:55-də başlayacaq.

Tarix: 23 Oktyabr [17:08]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 Yanvar 2019
20  Yanvar 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio