"Fənərbaxça" Koku ilə yolları ayırdı RƏSMİ

00:03 - 29 Oktyabr 2018

Mövsümə uğursuz start verən "Fənərbaxça" baş məşqçisi Fillip Kokuyla yolları ayırıb.

 

Sportal.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Hollandiyalı mütəxəssis Super Liqanın 10-cu turunda doğma divarlar arasında "Ankaragücü"yə 1:3 hesabı ilə məğlub olduqları oyundan sonra postundan göndərilib.

 

Koku ötən mövsüm Hollandiyada çempionluq yaşadığı PSV-dən ayrılaraq, "Fənərbaxça"ya üz tutmuşdu.

 

Qeyd edək ki, İstanbul təmsilçisi çempionatda 10 turdan sonra 9 xalla 15-ci pillədə qərarlaşıb.

Xəbər xətti