Millimiz Albaniyaya da uduzdu

20:17 - 29 Oktyabr 2018

17 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin oyunları davam edir.

 

Sportal.az xəbər verir ki, millimiz 8-ci qrupda Albaniya ilə qarşılaşıb. Hər iki komanda elit-raunda vəsiqə şanslarını rəsmən itirdiyindən oyun tərəflər üçün formal xarakter daşıyırdı. Yığmamız əvvəlki 2 matçda olduğu kimi meydanı yenə məğlub tərk edib - 0:1.

 

Qrupun digər oyununda isə Çexiya Norveçə 1-0 hesabı ilə qalib gəlib.

 

Qeyd edək ki, Ramin Quliyevin komandası bunadək Norveçə 1:4, Çexiyaya 0:2 hesabı ilə uduzub.

 

29 oktyabr

17 yaşadək futbolçular arasında Avropa çempionatı, seçmə mərhələ, VIII qrup

 

17:00. Albaniya – Azərbaycan - 1:0

Qol: Mario Mitay, 44 (pen.)

Xəbər xətti