"Qəbələ"nin futbolçusunun qırmızı vərəqəsi ləğv edildi

15:50 - 30 Oktyabr 2018

AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Sportal.az xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul olunub:

 

Topaz Premyer Liqasının 9-cu turunun “Sumqayıt” - “Qəbələ” matçında baş verənlər haqqında İntizam Komitəsi aşağıdakı qərarları qəbul edir:

 

“Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.

 

“Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.

 

Oyunun 90+2-ci dəqiqəsində “Qəbələ” klubunun futbolçusu Rauf Əliyev ikinci sarı vərəqə aldığına görə, 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur).

 

Oyunun 90+2-ci dəqiqəsində “Qəbələ” klubunun futbolçusu Bəhlul Mustafazadəyə göstərilən qırmızı vərəqə ləğv olunur.

 

Oyunun hakiminin ciddi nöqsanlarını, düzgün olmayan qərarlarını və protokolda ciddi səhvlərə yol verməsini nəzərə alaraq, oyunun hakimi haqqında lazımi ölçü götürüb İntizam Komitəsini məlumatlandırması Hakimlər Departamentinə tapşırılır.

 

Topaz Premyer Liqasının 9-cu turunun “Səbail” - “Keşlə” matçının 49-cu dəqiqəsində “Səbail” klubunun futbolçusu Yevgeni Koçuk ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.

 

Topaz Premyer Liqasının 9-cu turunun “Neftçi” - “Qarabağ” matçında “Neftçi”nin 5, “Qarabağ”ın 4 futbolçuları sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 800 manat cərimə olunur.

 

Oyunun 58-ci dəqiqəsində “Neftçi” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunur.

Xəbər xətti