Qurban Qurbanov millinin yeni ofisində məşqçilərlə görüşdü FOTOLAR

Azərbaycan yığmasının baş məşqçisi Qurban Qurbanov milli komandaların məşqçi və inzibati heyəti ilə görüşüb.

 

Sportal.az xəbər verir ki, millinin baş meneceri İslam Abbasovun iştirakı ilə Bakı Olimpiya Stadionunda yerləşən qurumun milli komandalar üçün yeni ofisində keçirilmiş görüş zamanı ofisdə  tətbiq olunacaq iş prosesi və gələcək planlar barədə söhbət açılıb.

 

Qurban Qurbanov bildirib ki, daha sıx ünsiyyətdə olmaq və birgə müzakirələr aparmaq imkanı baxımından yeni ofis çox əlverişlidi.

 

Baş məşqçi bütün komandaların məşqçi heyətinin qarşılıqlı fikir mübadiləsi aparmasının, vahid komanda şəklində çalışmalı olduqlarının vacibliyini diqqətə çatdırıb.

 

Qurban Qurbanov yeni ofisdə məşqçilərlə görüşüb (fotolar)

Tarix: 5 Noyabr [18:06]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
14 Noyabr 2018
13  Noyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio