"Qarabağ" Ukraynaya yollandı

18:46 - 6 Noyabr 2018

Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda noyabrın 8-də "Vorskla"nın qonağı olacaq "Qarabağ" bu gün Ukraynaya yollanıb.

 

Sportal.az xəbər verir ki, Ağdam klubu çarter reysi ilə Poltavaya yola düşüb. "Köhlən atlar" matçdan dərhal sonra Bakıya qayıdacaq.
 


Qeyd edək ki, "Vorskla" - "Qarabağ" oyunu noyabrın 8-i Bakı vaxtı ilə 00:00-da başlayacaq.

Xəbər xətti