Hannes Haldorsson: "Ehtiras, partlayış, mübarizə..."

"Çox çətin qarşılaşma oldu. Biz döyüşdük. Meydança donmuşdu, bunu özünüz də gördünüz. Düzdü, soyuq havada oynamaq mənim üçün çətin deyildi. Sadəcə, soyuq havada top sürətlə gəlirdi, bu, çətinlik yaradırdı. Biz hər dəqiqə mübarizə aparmaq məcburiyyətində idik. Komandamızla fəxr edirəm".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın qapıçısı Hannes Haldorsson Avropa Liqasının qrup mərhələsinin IV turunda səfərdə "Vorskla"ya qalib gəldikləri matçı dəyərləndirərkən deyib.  

 

İslandiyalı qapıçı öz oyunundan danışıb, qapısını toxunulmaz saxladığı üçün xoşbəxt olduğunu bildirib: "Oyununun nəticəsi bizim üçün yaxşı oldu. "Çərçivə qoruyucusu"nun əsas vəzifəsi qapısının toxunulmazlığını saxlamaqdır. Əgər qol buraxmamışıqsa, deməli, vəzifəmi yaxşı yerinə yetirmişəm. Bu məni xoşbəxt edir. Qapımızı toxunulmaz saxlamaqla yaxşı iş görmüş oldum. Bu, mənim üçün önəmli oyun oldu. Çünki Avropa Liqasının qrup mərhələsində ilk qarşılaşmam idi. Qələbə qazanmaq üçün əlindən gələni əsirgəməyən komanda yoldaşlarıma təşəkkür edirəm". 

 

Hannes, "Vaxtı ilə rejissor kimi çalışmısan. Bu oyun haqda film çəksən, hansı məqamı daha çox irəli çəkərsən?" - sualına belə cavab verib: "Ehtiras, partlayış, mübarizə və ən sonda xoşbəxt sonluq".

Tarix: 9 Noyabr [03:17]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
17 Noyabr 2018
16  Noyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio