Nazim Süleymanov gedişindən danışdı: "Buna necə dözmək olar?"

"Əgər ilk hissədə komanda qol buraxmırsa, hesab bərabərdirsə və fasilədən sonra 4 qol buraxıb, bir qırmızı vərəqə alırsa, buna necə dözmək olar? Belə şeylərə insan biganə qala bilərmi? Səhhətimlə bağlı rəhbərlik və Müşahidə Şurası ilə danışdım. Komandanın xeyri üçün belə bir qərar verdim. Yeni baş məşqçinin gəlişi daha yaxşı olar".

 

Bu sözləri Sportal.az saytına açıqlamasında "Sumqayıt"dan ayrılan Nazim Süleymanov deyib. 53 yaşlı mütəxəssis istefası barədə danışıb:

 

"11 oyuna 5 qırmızı vərəqə nədənsə xəbər verir. Səhhətimlə bağlı fikirləşdim və komandanın uğuru üçün yeni baş məşqçinin gəlişinin yaxşı variant olduğunu düşündüm. Komanda 3-cü yerdə gedəndə hamı uğurlu çıxışdan danışırdı. Futboldur, enişlər də olur. Bu qədər səhvlər buraxmaq olmaz. Dünənki oyundan sonra fikirləşdim və bu gün qərarımı verdim".

Tarix: 12 Noyabr [14:14]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Dekabr 2018
17  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio