İsrafilov oynadı, komandası 3 xalı 1 qolla qazandı

13:13 - 19 Noyabr 2018

İspaniya Sequndasında 14-cü turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Alkorkon” evdə “Elçe”yə 1:0 hesabı ilə qalib gəlib.

 

İsrafilov start heyətdə meydana çıxıb və sonadək oynayıb.

 

Hazırda 30 xala malik “Alkorkon” 22 kollektiv arasında 1-ci pillədə qərarlaşıb.

Xəbər xətti