Millimiz ağır məğlubiyyətlə mübarizəni dayandırdı YENİLƏNİB

01:38 - 21 Noyabr 2018

Bu gün Millətlər Liqasında qrup mərhələsinə yekun vurulub.

 

Sportal.az xəbər verir ki, D liqasında mübarizə aparan milli komandamız son matçında səfərdə Kosovo ilə üz-üzə gəlib. Oyun meydan sahiblərinin 4-0 hesablı qələbəsiylə başa çatıb. Kosovo qrup lideri kimi pley-offa adlayıb. Yığmamız isə 9 xalla turniri 2-ci yerdə tamamlayıb.

 

20 noyabr

D Liqası

 

23:45 Kosovo - Azərbaycan - 4:0

Qollar: Arber Zeneli, 2, 50, 77, Amir Rrahmani, 61

Baş hakim: Benua Miyo

Yan xətt hakimləri: Mehdi Rahmuni, Bertrand Yoannu

Əlavə hakimlər: Frank Şneyder, Kərim Abed
Dördüncü hakim: Benjamin Pajes (hamısı Fransa)

Hakim-inspektor: Aleksandr Qvardis (Rusiya)

UEFA nümayəndəsi: Antonio Talyariko (İtaliya)

Priştina. Fadil Vokkri adına stadion.

Xəbər xətti