Kosovonun ulduzu: "Heç-heçə barədə düşünmürük"

10:49 - 20 Noyabr 2018

"Son oyunda böyükhesablı qələbəyə sevinmişik. Psixoloji cəhətdən yaxşı vəziyyətdəyik".

 

Sportal.az saytının məlumatına görə, bu sözləri Kosovo milli komandasının futbolçusu Valon Berişa Millətlər Liqasının qrup mərhələsinin sonuncu turunda doğma meydanda Azərbaycana qarşıı keçirəcəkləri oyunu dəyərləndirərkən deyib.  

 

Təcrübəli futbolçu sabahkı oyunun finala bərabər olduğunu vurğulayıb: "Sabahkı oyun final olacaq, çünki hər iki komanda üçün sərfəli nəticə vacibdir. Komandalar qələbə qazanmaq üçün əllərindən gələni edəcəklər.  Matça həm də fiziki cəhətdən hazırlıqlıyıq". 

 

İtaliyanın "Latsio" klubunun 25 yaşlı yarımmüdafiəçisi yalnız qələbə barədə düşündüklərini söyləyib: "Təkcə komanda olaraq deyil, fərdi qaydada da heç-heçə haqqında düşünmürük. Əks halda, bu, neqativ təsir göstərə bilər. Azərbaycan yığması çox güclüdü, amma azarkeşlərin dəstəyi bizi irəli atılmağa sövq edəcək".

Xəbər xətti