Çeferin: "Top-klubların Super Liqasından söhbət gedə bilməz"

14:32 - 20 Noyabr 2018

UEFA prezidenti Aleksandr Çeferin Avropanın aparıcı futbol klublarının Super Liqa yaratmaq istədikləri ilə bağlı iddalara münasibət bildirib.

 

Sportal.az xəbər verir ki,Qitə futbol qurumunun rəhbəri bunun baş verməyəcəyini bildirib. “Bütün bunlar uydurmadı. Etiraf edirəm, bizim də bəzi ideyalarımız var. Amma zəmanət verə bilərəm ki, Super Liqadan söhbət gedə bilməz. Biz bütün klublara avrokuboklarda iştirak etmək imkanı vermək istəyirik”.

 

Bir müddət əvvəl Almaniyanın “Spiegel” jurnalı Avropanın aparıcı futbol klublarının elit liqa yaratmaq istəyi ilə bağlı məqalə dərc edib.

Xəbər xətti