"Milan" İbrahimoviçin agenti ilə görüşdü

"Milan" sabiq futbolçusu - "Los-Anceles Qelaksi"nin hücumçusu Zlatan İbrahimoviçlə danışıqları davam etdirir. 

 

Sportal.az xəbər verir ki, klubu rəsmiləri futbolçunun agenti Mino Rayola ilə görüşüb. Tərəflər arasında 4 saat danışıq aparıldığı bildirilir. 


"Milan"ın İbrahimoviçə 6 ay + 6 ay şərti ilə müqavilə təklif etdiyi deyilir.  Zlatanın ABŞ klubu ilə müqaviləsi 2019-cu ilin sonunda başa çatacaq.


 
Qeyd edək ki, 37 yaşlı forvard 2010-2012-ci illərdə  "Milan"da çıxış edib.

Tarix: 20 Noyabr [18:08]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Dekabr 2018
17  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio