U-15 Liqası: Qəbələdə "qırğın" olacaq

10:08 - 24 Noyabr 2018

Noyabrın 24-ü və 25-i U-15 Liqasında 9-cu turun oyunları keçiriləcək. Turun ən maraqlı oyunu Qəbələdə baş tutacaq. Geridə qalmış 8 turda qapısında 1 qol belə görməyən, yalnız 1 oyunda qolsuz heç-heçəyə razılaşan və turnir cədvəlinin vahid lideri olan «Qəbələ» iddialı «Neftçi»ni qəbul edəcək. 

 

U-15 Liqasında 9-cu turun təqvimi belədir:

 

24 noyabr (şənbə)
 

12:00 «Mil-Muğan» - «Sabah» (İmişli şəhər stadionu)
12:00 «Qəbələ» - «Neftçi» (Qəbələ şəhər stadionu)
15:00 «Xilə» - «Neftçi» İK İB (Şağan OİK-nin meydanı)

 

25 noyabr (bazar)

 

14:00 «Sumqayıt» - «Keşlə» (Sumqayıt, «Kapitalbank Arena»)
15:00 «Qarabağ» - Gəncə TİM («Sərhədçi» OİK-nin meydanı)
15:00 «Zirə» - «Səbail» (Aviasiya Akademiyasının stadionu)
15:30 İsgəndər Cavadov BFA – «Zaqatala» (Abşeron OİK-nin meydanı)

 

Cəzalı durumda olan futbolçular: Teyyub İbrahimov, Əli Allahverdiyev (hər ikisi İsgəndər Cavadov BFA).

 

Bombardirlər: Şahmar Aşurov («Sabah») – 15 qol, Nicat Quliyev («Səbail»), Oruc Məmmədov («Neftçi») – 14 qol.
 
«Het-trik news» qəzeti

 

Xəbər xətti