U-17 Liqası: Mərkəzi oyun "Neftçi Baza"da

10:10 - 24 Noyabr 2018

Noyabrın 24-25-də U-17 Liqasında 9-cu turun oyunları keçiriləcək. 6 oyundan 5-i şənbə, 1-i isə bazar günü baş tutacaq. Turun ən maraqlı oyunu «Neftçi Baza»da olacaq. 2-ci yerin sahibi «Sabah» özündən 1 pillə aşağıda qərarlaşan «Keşlə»ni qəbul edəcək. 9-cu turun tam təqvimi aşağıdakı kimidir:

 

24 noyabr (şənbə)

 

13:00 «Sabah» - «Keşlə» («Neftçi Baza»)
14:00 «Qəbələ» - «Neftçi» İK İB (Qəbələ şəhər stadionu)
14:00 «Sumqayıt» - «Xəzər Lənkəran» (Sumqayıt, «Kapitalbank Arena»)
14:00 «Mil-Muğan» - «Qarabağ» (İmişli şəhər stadionu)
15:00 «Zirə» - «Tufan» (Aviasiya Akademiyasının stadionu)

 

25 noyabr (bazar)

 

13:00 «Neftçi» - «Səbail» (Binə qəsəbə stadionu)

 

Cəzalı durumda olan futbolçular: Fərid Muxtarov («Keşlə»), Fərid Yusifli, Valeh Qəhrəmanlı (hər ikisi «Neftçi»), Məmməd Abdullayev («Xəzər Lənkəran»). 

 

Bombardir: Emil Quluzadə («Neftçi») – 12 qol.

 

«Het-trik news» qəzeti

 

Xəbər xətti