"Sumqayıt" - "Səbail" matçında bir dəqiqəlik sükut

19:52 - 1 Dekabr 2018

Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində keçirilən “Sumqayıt” – “Səbail” oyunu 1 dəqiqəlik sükutla start götürüb.

 

Sportal.az xəbər verir ki, buna qonaqların kapitanı Rahid Əmirquliyevin anasının vəfat etməsi səbəb olub.

 

Paytaxt klubu PFL-ə müraciət edərək, qarşılaşmanın 1 dəqiqəlik sükutla başlamasını istəyib. "Dənizçilər" "Kapital Bank Arena"da keçirilən görüşə qara sarğı ilə çıxıb.

Xəbər xətti