Robben “Bavariya”dan ayrılır: “Mövsümün sonunda vida edirəm”

13:33 - 3 Dekabr 2018

“Bavariya”nın hollandiyalı ulduz futbolçusu Aryen Robben mövsümün sonunda Münxen təmsilçisindən ayrılacağını açıqladı.

 O, 10 ildir formasını geyindiyi komandasında hər şeyin çox möhtəşəm keçdiyini bildirib:

“Mövsümün sonunda buradan ayrılıram. “Bavariya”da 10 il möhtəşəm günlər keçirmişəm. Ancaq həm klub, həm də mən gələcək planlarımızı bəlirləməliyik”

Robben 2009-cu ildə gəldiyi Münxen təmsilçisində 198  çempionat oyununda  98 qol vurub.

Xəbər xətti