Qrizmann: "Qızıl top" Luka Modriçə veriləndə üzüldüm"

Madrid "Atletiko"sunun və Fransa millisinin hücumçusu Antuan Qrizmann "qızıl top" mükafatında 3-cü olub.

 

Sportal.az xəbər verir ki, 27 yaşlı futbolçu mükafatın xorvatiyalı Luka Modriçə verilməsinə görə üzüldüyünü deyib:

 

"Bu il qazandığım uğurlara görə qürur duyuram. Avropa Liqası, dünya çempionatı və UEFA Super Kubokunda qalib oldum. "Qızıl top" Luka Modriçə veriləndə bir az üzüldüm. Ancaq belə çalışmağa davam etsəm, "qızıl top"u qazana bilərəm. Niyə də olmasın?! Modriç də möhtəşəm mövsüm keçirib. ÇL-də və dünya çempionatında yaxşı oynadı. Səs verən jurnalistlər də onu seçdilər. Media mənsubları üçün mükafatı Modriç haqq edib".

Tarix: 4 Dekabr [12:15]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
14 Dekabr 2018
13  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio