Alman məşqçi: “Rüfət bizim üçün ciddi itkidir”

17:00 - 4 Dekabr 2018

“Proyssen”in hücumçusu Rüfət Dadaşovun zədəli olması komandanın baş məşqçisi Marko Antverpeni çətin vəziyyətə salıb. Baş məşqçi etdiyi açıqlamada rüfət Dadaşovun zədlənməsinin ciddi tiki kimi adlandırıb:

 

” İstəyirik ki, heyətimizdə hər şey qaydasında olsun. Dadaşov zədələnməsi bizim üçün ciddi itkidir. Bizim kimi klublarda hər oyunçunu dəyərti olur. Onsuz da çox geniş həyətə sahib olmuruq.  Birinci bundesliqa klubu deyilik ki, istənilən oyunçunu əvəzləmək imkanımız olsun”.

 

Əzələsində problem aşkarlanan 28 yaşlı forvardın bu il meydana çıxmayacağı bildirilib.

Xəbər xətti