Millinin elit-raundakı rəqibləri bəlli oldu

15:50 - 6 Dekabr 2018

Bu gün 19 yaşadək futbolçular arasında Avropa çempionatının elit-raundunun püşkatma mərasimi keçirilib.


Sportal.az xəbər verir ki, yığmamız bu mərhələdə İrlandiya, Rusiya və Rumıniya komandaları ilə eyni qrupda mübarizə aparacaq. Elit-raundun oyunları 2019-cu il martın 20-dən 26-dək Rusiyada keçiriləcək.
Xatırladaq ki, U-19 Gürcüstanın paytaxtı Tbilisidə təşkil olunan seçmə mərhələ oyunlarında İsrail, Gürcüstan və Lixtenşteyn komadalarının yer aldığı qrupda 6 xal toplayaraq elit-raunda vəsiqə qazanıb.

Xəbər xətti