Hakimlər ölkə xaricinə yollanmayacaq: təlim-məşq toplanışının məkanı açıqlandı

15:19 - 8 Dekabr 2018

Topaz Premyer Liqasında hakimlərinin qış təlim-məşq toplanışı keçirəcəyi məkan müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, hakimlərin qış hazırlığı ölkə daxilində gerçəkləşəcək. Ədalət təmsilçiləri mövsümün ikinci yarısına Mingəçevirdə hazırlaşacaq. Toplanış prosesi Hakim və Hakim-İnspektorlar Komitəsinin sədri Frits Stuxlikin rəhbərliyi altında keçiriləcək.

 

Qeyd edək ki, hakimlər son illər ölkə xaricində təlim-məşq toplanışı keçirib.

Xəbər xətti