"Keşlə"nin göndərəcəyi futbolçular

11:55 - 10 Dekabr 2018

Mövsümün ilk yarısında 12 xal toplayan "Keşlə" transfer düyməsini basıb.

 

Sportal.az saytının məlumatına görə, paytaxt klubu Herve Tçami, Ebrima Sohna, Bahodir Nasimov və Elnur Cəfərovu komandadan göndərmək fikrindədir. Komandanın baş məşqçisi Tərlan Əhmədov yerli futbolçu ilə yanaşı bir neçə legionerin də komandaya cəlb olunması istəyir.

 

47 yaşlı mütəxəssis aşağı yaş qruplarından ibarət milli komandalarımızın bir neçə üzvünü "Keşlə"yə cəlb etmək üçün qollarını çırmalayıb. Gələcəyin komandasını qurmaq istəyən təcrübəli çalışdırıcı gənc yerli oyunçulara xüsusi önəm verəcək.

Xəbər xətti