"Qarabağ"da dörd futbolçu əvəzedici komandanın oyununa göndərildi

13:45 - 10 Dekabr 2018

I Divizionun 13-cü turunda "Qarabağ-2" "Azersun Arena"da "Sabah-2"ni qəbul edəcək.

 

Sportal.az xəbər verir ki, meydan sahiblərinin start heyətində əsas komandanın bir neçə üzvü yer alıb. Rahil Məmmədov, Ansi Aqolli və Coşqun Diniyev paytaxt klubuna qarşı oyunda start heyətdə yer alıblar. Araz Abdullayev isə ehtiyat oyunçular skamyasında əyləşəcək.

 

Qeyd edək ki, sözügedən matç saat 14:00-da başlayacaq.

Xəbər xətti