İbrahimoviç "Milan"a gələsi olmadı

17:52 - 10 Dekabr 2018

"Milan"ın direktoru Leonardo Zlatan İbrahimoviçin mümkün transferi haqda danışıb.

 

Sportal.az xəbər verir ki, klub rəsmisi 37 yaşlı hücumçunun transferinin baş tutmayacağını deyib:

 

"İbrahimoviç "Milan"a qayıtmayacaq. O, müqaviləni artırmaq barədə "Los Anceles Qelaksi"yə söz verib. Biz sözləşməni müzakirə edirdik. Lakin Zlatan Los Anceles klubunun şərtləri yerinə yetirəcəyi halda heç bir yerə getməyəcəyini demişdi".

 

Qeyd edək ki, İbrahimoviç 2010-2012-ci illərdə "Milan"da çıxış edib.

 

Xəbər xətti