"Fənərbaxça" yay transferiylə yolları ayırır

11:32 - 13 Dekabr 2018

Uğursuz mövsüm keçirən "Fənərbaxça" qışda heyətinə əl gəzdirəcək.

 

Sportal.az xəbər verir ki, İstanbul klubu yayda heyətinə qatdığı Tolqa Ciyərçini göndərmək fikrindədir. "Qalatasaray"dan ayrıldıqdan sonra "sarı-lacıvərdlilər"ə keçən Türkiyə millisinin üzvü "Fənərbaxça"da zədə səbəbindən forma şansı qazanmayıb. Məlumata görə, 26 yaşlı yarımmüdafiəçinin yaşıl meydanlara dönüşü uzun çəkəcək. Bu səbəbdən də klub rəhbərliyi Tolqa ilə qışda yolları ayırmağa qərar verib.

 

Qeyd edək ki, Tolqa Ciyərçi "Volfsburq", "Borussiya" (Münhenqladbax), "Herta" və "Qalatasaray"da da çıxış edib.

Xəbər xətti