"Topaz": "Göztəpə" heç-heçə oynayacaqmı?

12:30 - 14 Dekabr 2018

Futbol azarkeşləri və mərc həvəskarları üçün növbəti maraqlı həftəsonu başlayır. Avropanın "top liqaları" da daxil olmaqla bir sıra ölkə çempionatlarında bu gün yeni tura start verilir. Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru "Topaz" müxtəlif liqaların oyunlarını ümumiləşdirərək öz müştərilərinə mərc etmək üçün 84 qarşılaşma təklif edir.  

 

Bunlardan 36-sına canlı, 5-nə isə həm canlı, həm də "təkli" mərc etmək olar. Canlı və "təkli" mərc edə biləcəyiniz oyunlardan biri "Göztəpə"-"Bursaspor" görüşüdür. Türkiyə superliqasının 16-ıc turunun açılış matçında turnir cədvəlində qonşu olan komandalar İzmirdə üz-üzə gələcək. "Göztəpə" arxada qalan 15 turda heç-heçə oynamayaraq unikal nəticə göstərir. İzmir klubu son 4 turda ardıcıl uduzduğundan cədvəldə xeyli geriləyərək 12-cı sıraya yuvarlanıb. Bursalılar isə 11-ci yerdə qərarlaşıb.

 

Bu axşam "Göztəpə" qələbə qazanacağı halda tərəflər cədvəldə yerini dəyişəcək. Bəlkə də İzmir təmsilçisinin mövsümdə ilk heç-heçəsi elə bu görüşdə qeydə alınacaq. "Topaz"ın bu duel üçün təklif etdiyi əmsallar: "Göztəpə"nin qələbəsi 2, heç-heçə 2.95, "Bursaspor"un qələbəsi 3.20.

 

Almaniya bundesliqasında 3 aya yaxındır qələbə qazana bilməyən "Nürnberq" bu axşam öz meydanında "Volfsburq"u qəbul edəcək. Sentyabrın 29-u "Düsseldorf" üzərində qazanılan 3:0 hesablı qələbədən sonra uğur nürnberqlilərdən üz çevirib. Bəlkə də bu tur uğursuz seriyaya son qoyulacaq. Amma sürətlə liderlər qrupuna yaxınlaşan "Volfsburq"un son 3 turda məğlub olmadığını da nəzərə almaq lazımdır. Saat 23:30-da başlayacaq qarşılaşmaya "Topaz"da  bu əmsallarla mərc edə bilərsiz: "Nürnberq"in qələbəsi 3.50, heç-heçə 3.25, "Volfsburq"un qələbəsi 1.95.

 

5 qələbə, 5 heç-heçə, 5 məğlubiyyət - bu, həmahəng statistikanı La Liqanın arxada qalan 15 turunda "Selta" klubu göstərib. Bu tur həmin "beşlərdən" biri dəyişəcək, amma hansı?  Viqoluların rəqibi kubok və çempionatda ardıcıl 7 oyundur uduzmayan "Leqanes"dir. Əgər "Selta" axşam öz meydanında uduzarsa, "Leqanes" 16-cı sıradan 12-ci pilləyə qədər irəliləyə bilər. "Topaz"da bu oyuna həm canlı, həm də "təkli" mərc etmək olar.  Əmsallar: "Selta"nın qələbəsi 1.70, heç-heçə 3.15, "Leqanes"in qələbəsi 4.

 

Mərcinizi ən yaxın "Topaz" məntəqəsində və ya www.etopaz.az saytı vasitəsilə edə bilərsiz.

Xəbər xətti