"Qarabağ" Gürcüstanda darmadağınla qalib gəldi

17:15 - 19 Dekabr 2018

“Qarabağ”ın 12 yaşadək futbolçulardan ibarət komandası Gürcüstanda təşkil olunan “Bendela Cup” turnirində iştirak edir.

 

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi artıq bu turnirdə iki oyun keçirib. İlk olaraq “35 nömrəli Futbol Məktəbi”ylə 3:3 hesablı heç-heçə edib.

 

Qrupun ikinci matçında isə “Qarabağ” “Saburtalo-2” komandasını 6:2 hesabıyla məğlub edib.

 

Turnirdə "Qarabağ"la yanaşı, Gürcüstan və Qazaxıstanın komandaları da iştirak edir.

Xəbər xətti