Qattuzonun taleyini üç oyun müəyyənləşdirəcək

12:54 - 20 Dekabr 2018

İtaliya A Seriyasında son iki turda qalib gələ bilməyən, Avropa Liqasında isə mübarizəni dayandıran "Milan"ın baş məşqçisi Cennaro Qattuzo üçün kritik dönəm başlayıb.

 

Sportal.az xəbər verir ki, mütəxəssisin gələcəyi növbəti üç oyunun nəticəsindən asılı olacaq. Klub rəhbərliyi "Fiorentina", "Frozinone" və SPAL-la oyunların nəticələrindən sonra 40 yaşlı çalışdırı ilə bağlı qərar verəcək.

 

Qeyd edək ki, Qattuzo ötən ilin noyabrından "Milan"ın "sükanı arxası"ndadır.

Xəbər xətti