Azərbaycan ili 107-ci bitirdi

13:36 - 20 Dekabr 2018

FIFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, Azərbaycan millisi əvvəlki mövqeyində qalıb. Yığmamız 1206 xalla dünyanın 107-cisidi. Yığmanın ən yaxın qonşuları Madaqaskar (106) və Nigerdi (108).

 

Bu, FIFA-nın 2018-ci il üçün son siyahısı olub. Beləliklə, Azərbaycan millisi ili 107-ci yerdə başa vurub.

 

Reytinq cədvəlinə Belçika başçılıq edir. Fransa ikinci, Braziliya 3-cüdü.

Xəbər xətti