"Neftçi"nin hazırlıq planı məlum oldu

15:42 - 21 Dekabr 2018

"Neftçi” Azərbaycan kubokunun 1/4 final mərhələsinin "Sumqayıt”la cavab oyunundan sonra istirahətə buraxılıb.

 

Sportal.az xəbər verir ki, “ağ-qaralar”ın üzvləri gələn il yanvarın 6-da bir araya gələcək. Ayın 13-dək Bakıda təlim-məşq toplanışı keçəcək "Neftçi” həmin gün Türkiyəyə yola düşəcək.

 

Yanvarın 13-dən 27-dək Türkiyənin Antalya şəhərindəki Manavqat bölgəsində yerləşən "The Sense De Luxe” otelində məskunlaşacaq “Neftçi”, ayın 18-də "Qaz Metan” (Mediaş, Rumıniya), 23-də isə "Slovan” (Liberets, Çexiya) klubları ilə yoxlama oyunu keçirəcək. Ayın 26-dakı rəqibin adı isə hələ bəlli deyil.

Xəbər xətti