Bahodir Nasimovun 117 dəqiqəlik qazancı

14:12 - 22 Dekabr 2018

"Keşlə" Bahodir Nasimovla yolları ayırdığını rəsmən açıqladı.

 

Sportal.az xəbər verir ki, özbəkistanlı forvard "Keşlə"də heç nəylə yadda qalmadı. Daha öncə “Neftçi”də uğurlu karyera yaşayan forvardın Azərbaycana dönüşü uğursuz alındı.

 

Onun klubdan göndərilməsini baş məşqçi Tərlan Əhmədov tələb edib. Belə ki, 31 yaşlı hücumçu klubda ən çox maaş alan futbolçulardan biri olub. O, aylıq 10 min dollar civarında məvacib alırmış. İyul ayından klubda çıxış edən futbolçu müəyyən məbləğdə təzminat da alıb.

 

Premyer Liqada 7 oyuna (117 dəqiqə) çıxan Nasimov qol hesabını aça bilməyib. Təcrübəli hücumçu əvəzedici komandanın heyətində I Divizionda iki qol vurub.

Xəbər xətti