Şenol Günəşdən istefa açıqlaması

12:44 - 23 Dekabr 2018

Mövsümü qeyri-stabil keçirən "Beşiktaş"ın baş məşqçisi Şenol Günəşin istefaya göndəriləcəyi ilə bağlı xəbərlər dolaşır.

 

Sportal.az xəbər verir ki, Super Liqanın 17-ci turunda səfərdə "Kasımpaşa"ya 1-4 hesabı ilə uduzan "qara qartallar"ın baş məşqçisinə "istefa verməyi düşünürsünüz" sualı ünvanlanıb. Şenol Günəş isə istefa verməyəcəyini bildirib:

 

"Liqada işlərin necə gedəcəyini bilmirik. Mən işimin başındayam və hazırda qərar vermək zamanı deyil".

 

"Beşiktaş" 17 turdan sonra 26 xalla Super Liqanın 6-cı pilləsində qərarlaşıb.

 

Qeyd edək ki, 66 yaşlı mütəxəssis 2015-ci ildən "Beşiktaş"ı çalışdırır.

Xəbər xətti