"Atletik"in sabiq futbolçusu Azərbaycan klubundan imtina etdi

10:54 - 24 Dekabr 2018

İspaniyanın Bilbao "Atletik"inin sabiq futbolçusu Yon Aurteneçe Azərbaycandan aldığı təklifdən imtina edib.

 

Sportal.az xəbər verir ki, adı açıqlanmayan Premyer Liqa klubumuz 26 yaşlı müdafiəçini transfer etməkdə israrlı olsa da, basklı oyunçu təklifi qəbul etməyib. Aurteneçe Polşa, Avstraliya, Portuqaliya, Hollandiya, Polşa, Belçika, Macarıstan və Skandinaviya ölklərindən da təkliflər alsa da, rədd cavabı verib.

 

Müdafiəçi karyerasını ölkəsində - III Liqa təmsilçisi "Amorebeyta"da davam etdirir.

 

Qeyd edək ki, Aurtneçe "Amorebeyta" yetirməsi olub. İspaniyanın U-21 millisinin sabiq üzvü peşəkar karyerasına "Atletik"də başlayıb. Müdafiəçi "Selta", "Tenerife", "Mirandes" və Şotlandiyanın "Dandi" klublarında çıxış edib.

Xəbər xətti