U-16 Liqası da "qış yuxusu"na gedir

11:35 - 24 Dekabr 2018

Bu gün U-16 Liqasında 2-ci dövrənin ilk turuna 1 oyunla start veriləcək. Qalan 6 qarşılaşma sabah keçiriləcək. Bununla da komandalar 1 aylıq qış fasiləsinə yollanacaqlar. 14-cü tur təqvimə əsasən dekabrın 27-də keçirilməli idi. Lakin bəzi komandaların rəhbərliyi uşaqları istirahətə daha tez göndərmək məqsədilə oyunların bir qədər əvvələ keçirilməsi ilə bağlı AFFA-ya müraciət edib və onların müraciətləri müsbət cavablandırılıb. 

 

İlin son oyun həftəsinin təqvimi aşağıdakı kimidir:

 

14-cü tur 

24 dekabr (bazar ertəsi)

14:00 Gəncə TİM – «Qəbələ» (Gəncə TİM-nin meydanı)


25 dekabr (çərşənbə axşamı)

12:00 ROİL – «Zirə» (Aviasiya Akademiyasının stadionu)
13:00 «Sabah» - «Səbail» («Neftçi Baza»)
13:30 «Neftçi» - «Sumqayıt» («Dalğa Arena»nın yardımçı meydanı)
14:00 İsgəndər Cavadov BFA – «Qarabağ» (Abşeron OİK-nin meydanı)
14:00 «Neftçi» İK İB – «Turan Tovuz» (Lökbatan OİK-nin meydanı)
14:00 «Viləş» - «Keşlə» (Masallı şəhəri, A.Banişevski adına stadion)

 

Bombardirlər: Rauf Ağasənov («Səbail») – 15 qol, Mehrac Baxşəliyev («Qəbələ») – 14 qol.

 

«Het-trik news»

 

Xəbər xətti