Poqba Mourinyonun adını da çəkmir

15:56 - 31 Dekabr 2018

İngiltərə Premyer Liqasında Joze Mourinyonun əvəzinə gələn Ola Qunnar Sulşerin rəhbərliyi altında hər üç oyunda qalib gələn "Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqba açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 20-ci turda "Bornmut"a 4-1 hesabı ilə qalib gəldikləri matçdan sonra Poqba yeni baş məşqçiylə daha fərqli oynadıqlarını deyib: "Əvvəlki baş məşqçimizlə də qalib gəlirdik, ancaq oyun sistemimiz tam fərqli idi. İndi daha çox hücum futbolunu düşünən komandayıq. Aqressiv oynayırıq və şanslar yaradırıq. Bizim də oynamaq istədiyimiz futbol bu idi".

 

Qeyd edək ki, Poqba cari mövsüm Premyer Liqada Mourinyonun rəhbərliyi altında 14 oyuna 3 qol vurub, 3 assist edib. 25 yaşlı yarımmüdafiəçi Sulşerin gəlişindən sonra 3 oyuna 4 qol vurub, 3 məhsuldar ötürmə edib.

Xəbər xətti