Defo Premyer Liqa klubundan ayrılır

17:03 - 2 Yanvar 2019

İngiltərə millisinin sabiq üzvü Jermen Defo Premyer Liqa təmsilçisi "Bornmut"dan ayrılmağa hazırlaşır.

 

Sportal.az xəbər verir ki, klub rəhbərliyi 36 yaşlı futbolçunun gedişinə icazə verib. Defonun karyerasını Çempionşip klublarından birində davam etdirəcəyi gözlənilir.

 

Qeyd edək ki, Jermen Defo "Vest Hem", "Tottenhem", "Portsmut", "Toronto", "Sanderlend" kimi klublarda çıxış edib. O, 2017-ci ildə "Bornmut"a keçmişdi.

Xəbər xətti