"Liverpul" hücumçusu ilə müqaviləni uzadır

13:01 - 3 Yanvar 2019

"Liverpul" hücumçusu Daniel Starriclə müqaviləni uzatmaq fikrindədir.

 

Sportal.az "Daily Mail"ə istinadən xəbər verir ki, "qırmızılar" İngiltərə millisinin üzvünə yeni müqavilə təklif etməyə hazırlaşır. "Mersisaydlar" mövsümün sonunda müqaviləsi başa çatacaq forvardı komandada saxlamağa qərar verib. Starric özü də klubdan ayrılmaq istəmir.

 

Qeyd edək ki, 29 yaşlı futbolçu 2013-cü ildə 12 milyon funt-sterlinq qarşılığında "Çelsi"dən "Liverpul"a üz tutmuşdu.

Xəbər xətti