“Kəpəz” II dövrənin hazırlıqlarına başladı

“Kəpəz”in əsas komandası üçün qış fasiləsi başa çatıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, bu gün “sarı-göylər” çempionatın 2-ci dövrəsi ilə bağlı hazırlığa start verib. 


“Kəpəz” toplanışın ilk hissəsini doğma şəhərdə keçirəcək. Komanda Gəncə ilə yanaşı, Şəmkir və Göygöl Olimpiya İdman Komplekslərinin xidmətlərindən də yararlanacaq.


Birinci mərhələ əsasən bərpaedici və fiziki yöndə çalışmalar üzərində qurulub. “Kəpəz” hazırlığın ikinci mərhələsini paytaxtda keçirmək niyyətindədi.

Tarix: 7 Yanvar [16:17]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 İyul 2019
19  İyul 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio