"Neftçi"də Karikari düyünü: "Partizani" təzminat ödəmək istəmir

15:33 - 8 Yanvar 2019

"Neftçi"yə böyük ümidlərlə gətirilən Kvame Karikari etimadları doğrultmadı.

 

Sportal.az "Panorama Sports"a istinadən xəbər verir ki, zəif performans göstərən hücumçunu Albaniya təmsilçisi "Partizani" sıralarına qatmaq istəyir. Qanalı futbolçu Albaniya klubuna keçməyə müsbət yanaşır. Lakin "Partizani" müqaviləsi olan hücumçu üçün transfer haqqı ödəmək istəmir. "Neftçi" isə Karikarini pul-parasız asan şəkildə əldən buraxmamaq üçün transfer haqqı tələb edib. "Partizani" isə Karikarini azad agent kimi qəbul etməyə razı olduğunu bildirib. Albanlar "ağ-qaralar"ın forvardı icarəyə götürmək təklifini də düşünməyib. Məlumata görə, 26 yaşlı oyunçu "Neftçi"dən transfer vərəqəsini istəyib, ancaq müsbət cavab almayıb. Bu məsələnin tezliklə çözüləcəyi xəbərdə qeyd edilib.

 

Qeyd edək ki, "Neftçi"dən öncə "Əl Ərəbi”də (Qətər) oynayan Kvame Karikari Qananın "İnternational Ellies”, İsveçin AİK, "Deqerfors”, "Halmstad”, Türkiyənin "Balıkesirspor”, Norveçin "Hauqesund”, Ukraynanın "Stal”, Qətərin "Əl Marhiya” və Qananın gənclərdən ibarət milli komandasında çıxış edib.

Xəbər xətti