Premyer Liqa klubu İtaliya millisinin üzvünü icarəyə verdi

13:29 - 10 Yanvar 2019

"Sauthempton" hücumçusu Manolo Qabbiadinini icarəyə verib.

 

Sportal.az "Sky Sports"a istinadən xəbər verir ki, İtaliya millisinin üzvü karyerasını ölkəsində davam etdirəcək. 27 yaşlı hücumçu mövsümün sonuna kimi A Seriya təmsilçisi "Sampdoria"da çıxış edəcək.

 

Qeyd edək ki, "Sauthempton" Qabbiadinini 2017-ci ildə "Napoli"dən 15 milyon funt-sterlinqə transfer etmişdi. Manolo 2013-2015-ci illərdə "Sampdoria"da çıxış edib.

Xəbər xətti