Bordin siyahını tərk etdi, Qurbanov gerilədi

17:51 - 14 Yanvar 2019

Dünyanın ən yaxşı məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb.

 

Sportal.az "World Coach Ranking" saytına istinadən xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov 1073 xalla 491-ci pillədə yer alıb. Qurbanovun ötən siyahı ilə müqayisədə 25 pillə geriləyib.

 

"Neftçi"nin baş məşqçisi Roberto Bordin 1000 nəfərlik siyahını tərk edib.

 

Qeyd edək ki, siyahıya “Barselona”nın baş məşqçisi Ernesto Valverde başçılıq edir.

Xəbər xətti