Ayxan Abbasovla Aftandil Hacıyev PRO kateqoriyası aldılar

01:12 - 18 Yanvar 2019

"Səbail"in baş məşqçisi Aftandil Hacıyev və "Sumqayıt"ın çalışdırıcısı Ayxan Abbasov PRO kateqoriyasını alıblar.

 

Sportal.az Belarus Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, hər iki mütəxəssis imtahanlardan uğurla keçib və diplom alıblar.

 

Hər iki gənc mütəxəssis Antalyada təlim-məşq toplanışında olduqları üçün Belrusa yollana bilməyiblər. PRO alan şəxslər arasında BATE-nin baş məşqçisi Aleksey Baqa da var.

 

Qeyd edək ki, mütəxəssislərə diplomları Belarus Futbol Federasiyasının baş katibi Yuri Verqeyçik təqdim edib. Lisenziya 2021-ci il dekabrın 31-nə qədər etibarlıdır.

 

Xəbər xətti